525.Az

Çempionlar Liqasının başlama saatı dəyişir


 

Çempionlar Liqasının başlama saatı dəyişir<b style="color:red"></b>

2018/19 mövsümündən etibarən Çempionlar Liqasının başlama saatı dəyişə bilər.

Qol.az-ın “Sport Bild”ə istinadən yaydığı xəbərə görə, oyunlar indi olduğu kimi Bakı vaxtı ilə saat 22.45-də (oktyabr-mart aylarında 23.45) deyil, 20.00 və 22.00-da (oktyabr-mart aylarında 21.00 və 23.00-da) başlana bilər.

Yenə həmin mövsümündən UEFA-nın başqa bir yarışı - Avropa Liqasının bütün oyunlarının isə Bakı vaxtı ilə saat 22.05-də (oktyabr-mart aylarında 23.05) başlanması nəzərdə tutulub.

UEFA bu addımı teleyayımdan daha çox gəlir əldə etmək istəməsi ilə atır.

 





30.08.2016    çap et  çap et