525.Az

8 Mart ərəfəsində “Dünya qadınları milli geyimdə”


 

8 Mart ərəfəsində “Dünya qadınları milli geyimdə” <b style="color:red"></b>

Belarus Dövlət Universitetinin filologiya fakültəsində “Dünya qadınları milli geyimdə” gəlinciklər sərgisinin təntənəli açılışı olub.
 
Ekspozisiyanın başlıca ideyası xalqlar arasında əməkdaşlığı və dostluğu qadın gözəlliyi vasitəsilə və əlbəttə, milli geyimdə nümayiş etdirməkdir.
 
525.az-ın məlumatına görə, sərgidə filologiya fakültəsi müəllimlərinin şəxsi kolleksiyalarından, habelə tələbələrin əl işlərindən olan eksponatlar təqdim olunub. 

Azərbaycan, Belarus, Hindistan, Çin, Nepal, Polşa, Türkmənistan, Ukrayna və Yaponiya sərgidə təmsil olunan ölkələrin heç də tam siyahısı deyildir. 

“Dünya qadınları milli geyimdə “sərgisi təkcə gəlinciklərlə diqqəti cəlb etmir. Sərgiyə gələnlər təbiətin bütün fəsillərdə gözəl olduğu kimi, qadının da hər yaşda füsunkar olması ideyasını təsdiqləyən stendə tamaşa edəcəklər. 

Bundan əlavə, ustad dərslərdə ayin gəlincikləri düzəltməyi, habelə “Ebru” ənənəvi türk texnikasında şəkil çəkməyi öyrənmək mümkündür. 

Milli gəlinciklər ekspozisiyası hər il 8 Mart bayramı ərəfəsində keçirilir. Ekspozisiya dünya xalqlarının mədəni ənənələrinə söykənərək, mədəniyyətlərin bir-birinə nüfuz etməsinə kömək edir.

GÜNEL

 





07.03.2013    çap et  çap et