525.Az

Azərbaycan diasporunun üzvləri Çanaqqala məzarlığını ziyarət ediblər


 

Azərbaycan diasporunun üzvləri Çanaqqala məzarlığını ziyarət ediblər<b style="color:red"></b>

İstanbul Türkiyə Azərbaycan Dayanışma və Kültür Dərnəyi (İSTAD-İstanbul) idarə heyətinin üzvləri Çanaqqala məzarlığını ziyarət ediblər.

Bu barədə AzərTAc-a Diasporla İş üzrə Dövlət Komitəsindən məlumat verilib.

Ziyarət zamanı heyət adından açıqlama verən təşkilatın sədri Səfər Qaraqoyunlu hər bir türkün şəhidlərin uyuduğu bu məzarlığı ziyarət etməsinin vacibliyini vurğulayıb. O, Çanaqqalanın şərəflə qazanılan zəfər, vətən torpaqlarını qorumaq üçün ayağa qalxan bir millətin azad yaşamaq eşqinin ibrətverici nümunəsi olduğunu söyləyib. Bildirib ki, tarixən müstəqil və azad yaşamağa alışmış türk milləti bu savaşda canı və qanı ilə torpağı uğrunda mübarizə apararaq qələbə qazanıb.

Çanaqqala zəfərinin tarixdə Türkiyə və türk dünyası üçün bir dönüş nöqtəsi olduğunu deyən S.Qaraqoyunlu savaşda şəhid olan Azərbaycan əsgələrindən də danışıb. Vurğulayıb ki, qeyri-rəsmi rəqəmlərə görə, Qafqazdan və Azərbaycandan 18 min insan könüllü şəkildə Çanaqqala döyüşlərinə qatılıb və rəsmi statistikaya əsasən onlardan 3 mini şəhid olub.

Qeyd edək ki, avqustun 30-u Türkiyədə Zəfər bayramı kimi qeyd olunur. 1922-ci ildə İstiqlal savaşı gedən Türkiyədə Mustafa Kamal Atatürkün başçılıq etdiyi ordu düşmən qüvvələrini məğlub edib və həmin gün tarixə Çanaqqala zəfəri kimi yazılıb.

 





30.08.2016    çap et  çap et