525.Az

İlham Əliyevdən Malayziyanın XIV Ali Başçısına təbrik


 

İlham Əliyevdən Malayziyanın XIV Ali Başçısına təbrik <b style="color:red"></b> Azərbaycan prezidenti İlham Əliyev Malayziyanın XIV Ali Başçısı Əlahəzrət Əl-Mutasimu Billahi Muhibbuddin Tuanku əl-Hac Abdul Halim Muadzam Şah ibni əl-Mərhum Sultan Badlişaha təbrik məktubu göndərib.

525.az-ın məlumatına görə, məktubda deyilir:

"Əlahəzrət,
Malayziyanın milli bayramı münasibətilə Sizə və Sizin simanızda bütün xalqınıza şəxsən öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi yetirirəm.

Belə bir əlamətdar gündə Sizə möhkəm cansağlığı və xoşbəxtlik, dost Malayziya xalqına əmin-amanlıq və firavanlıq diləyirəm."
 





30.08.2016    çap et  çap et