525.Az

Rusiyadan Türkiyəyə ilk çarter uçuşları sentyabrın 3-də başlayacaq


 

Rusiyadan Türkiyəyə ilk çarter uçuşları sentyabrın 3-də başlayacaq<b style="color:red"></b>

Rusiyanın aviasiya idarəsi “Rosaviasiya” Türkiyəyə ilk çarter uçuşlarına icazə verib.

Bu barədə Trend TASS-a istinadən xəbər verir.

Çarter reyslərini 3 aviakompaniya həyata keçirəcək. İlk reyslər sentyabrın 3-də Rostov-Antalya və Moskva-Antalya marşrutları üzrə təşkil olunacaq.

Qeyd edək ki, Türkiyə ilə Rusiya arasında çarter reysləri 2015-ci ilin oktyabrında Türkiyə Silahlı Qüvvələrinin Rusiyaya məxsus qırıcını vurmasından sonra bağlanıb.

 





30.08.2016    çap et  çap et