525.Az

DTX hərbi qulluqçularının geyim forması və əşya əmlakı ilə təminat normaları təsdiqləndi


 

DTX hərbi qulluqçularının geyim forması və əşya əmlakı ilə təminat normaları təsdiqləndi<b style="color:red"></b>

Nazirlər Kabineti “Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyinin hərbi qulluqçularının hərbi geyim forması və əşya əmlakı ilə təminat normaları”nın təsdiq edilməsi haqqında” 2007-ci il 9 noyabr tarixli qərara dəyişikliklər edib.

Trend Nazirlər Kabinetinə istinadən xəbər verir ki, Baş nazir Artur Rasizadənin imzaladığı yeni qərara əsasən “Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətinin və Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidmətinin yaradılması haqqında” prezident İlham Əliyevin 2015-ci il 14 dekabr tarixli fərmanının 3.4-cü bəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

“Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyinin hərbi qulluqçularının hərbi geyim forması və əşya əmlakı ilə təminat normaları”nın təsdiq edilməsi haqqında” Nazirlər Kabinetinin 2007-ci il 9 noyabr tarixli 176 nömrəli qərarında aşağıdakı dəyişikliklər edilsin:

1. Adında, preambulasında, 1-ci, 2-ci və 4-cü hissələrində “Milli Təhlükəsizlik Nazirliyi” sözləri “Dövlət Təhlükəsizliyi Xidməti” sözləri ilə əvəz edilsin.

2. Həmin qərarla təsdiq edilmiş 1 - 17 nömrəli normalarda “Milli Təhlükəsizlik Nazirliyi” sözləri “Dövlət Təhlükəsizliyi Xidməti” sözləri ilə, “MTN-in” sözü “DTX-nin” sözü ilə və “milli təhlükəsizlik nazirinin” sözləri “Dövlət Təhlükəsizliyi Xidmətinin rəisinin” sözləri ilə əvəz edilsin.

 





31.08.2016    çap et  çap et