525.Az

Castin Biber “Ginnesin Rekordlar Kitabı”na düşəcək


 

Castin Biber “Ginnesin Rekordlar Kitabı”na düşəcək<b style="color:red"></b>

Məşhur müğənni Castin Biber sosial mediada rekord qırıb.

Axşam.az xarici KİV-ə istinadən xəbər verir ki, “Purpose” adlı 4-cü albomunu çıxaran gənc ifaçının albomu bir həftədə ən geniş əhatə dairəsi yayılması ilə rekord qırıb.

Bundan başqa, 22 yaşlı kanadalı müğənninin Tvitterdə 85 milyon izləyicisi, “YouTube”da isə 10 milyard 478 milyon 651 min 389 dəfə izlənmə göstəricisi də rekord qırıb.

C.Biber 20 milyon 711 min 202 abunəçi sayı ilə də “YouTube”da ən çox üzvü olan kişi sənətçi adını da ələ keçirib.

Bütün bu rekordların 8 sentyabrda nəşr ediləcək yeni “Ginnesin Rekordlar Kitabı”na daxil ediləcəyi gözlənilir.

 





31.08.2016    çap et  çap et