525.Az

Mürəkkəb əməliyyatları yerinə yetirən robot-cərrah


 

Mürəkkəb əməliyyatları yerinə yetirən robot-cərrah <b style="color:red"></b>

Karneqi Mellon Universitetinin professoru Xouvi Çouzetanın rəhbərliyi ilə çalışan mühəndis və həkimlər qrupu tərəfindən qeyri-adi robot-cərrah yaradılıb.

AzərTAc “hi-news.ru” saytına istinadən xəbər verir ki, robot bədəndə hər hansı kəsik etmədən kifayət qədər mürəkkəb cərrahi əməliyyatlar aparmaq qabiliyyətinə malikdir.

“The Flex Robotic System” (“TFRC”) adlanan yeni ixtira yüksək təsvir ölçüsünə malik kamera və elastik zond formasındadır.
 
İdarəetmə kontrollerin köməyi ilə həyata keçirilir.
 
Robot toxumaları tutmaq, kəsmək üçün müxtəlif alətlərə, həm cərrah bıçağı, həm də qanaxmanı dayandırmaq üçün koaqulyator kimi istifadə edilən lazerə malikdir.

Bundan başqa, robot orqanizmdən toxumaları, mayeni çıxarmaq, həmçinin analiz üçün müxtəlif nümunələr götürmək iqtidarındadır.

Robot narkoz altında olan pasiyentin ağzı vasitəsilə insan bədəninə nüfuz edir.

İstehsalçılar bildiriblər ki, qurğunun prototipi hələ 2004-cü ildə hazırlanıb və layihənin tam reallaşmasına 10 ildən çox vaxt sərf olunub.

 





31.08.2016    çap et  çap et