525.Az

Gülər Əhmədovanın prokurorluğa çağırılması xəbəri təkzib olundu


 

Gülər Əhmədovanın prokurorluğa çağırılması xəbəri təkzib olundu

“Mənim və Sevinc Babayevanın prokurorluqda dindirilməyimiz haqda yayılan xəbərlər həqiqətə uyğun deyil”.

Bunu APA-ya açıqlamasında Milli Məclisin deputatı Gülər Əhmədova deyib. G. Əhmədova bildirib ki, evdədir və prokurorluğa çağırılması haqda informasiyanın yayılması kimlər tərəfindənsə məqsədli şəkildə həyata keçirilib.

O, adı bu qalmaqalda hallanan S. Babayevanın prokurorluğa çağırılaraq, dindirilməsi haqda yayılan xəbərləri də təkzib edib.

Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov da APA-nın sorğusuna cavabında qeyd edib ki, bəzi KİV-də Milli Məclisin deputatı Gülər Əhmədovanın və M.Ə. Sabir adına kitabxana-klubun direktoru Sevinc Babayevanın Baş Prokurorluqda dindirilməsi barədə yayılan məlumatlar həqiqətə uyğun deyil: “Bu məlumat həqiqətə uyğun deyil və tərəfimizdən təkzib olunur”.

 





26.09.2012    çap et  çap et