525.Az

Heydər Əliyevin 90 illik yubileyinə konsert həsr olunub


 

Heydər Əliyevin 90 illik yubileyinə konsert həsr olunub <b style="color:red"></b>

Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyində ümummilli lider Heydər Əliyevin anadan olmasının 90 illik yubileyinə həsr edilmiş silsilə tədbirlərin başlanğıcı kimi gənc istedadların geniş konserti keçirilib.

525.az-ın məlumatına görə, tədbirdə çıxış edən muzeyin direktoru, sənətşünaslıq namizədi, Əməkdar Mədəniyyət İşçisi Alla Bayramova ulu öndər Heydər Əliyevin musiqi mədəniyyətimizin inkişafına daim böyük diqqət və qayğı ilə yanaşmasından danışıb. 

Bildirlib ki, silsilə tədbirlərin gənc istedadların konserti ilə başlanması təsadüfi deyildir. Məhz ümummilli lider Heydər Əliyevin 1996-cı ildə imzaladığı “Azərbaycanda gənc istedadlara dövlət qayğısı haqqında” fərman əsasında Azərbaycanın gənc istedadlarının “Qızıl kitab”ı təsis edilib. 

Konsert Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının IV kurs tələbəsi, beynəlxalq müsabiqələr laureatı, Prezident təqaüdçüsü Mustafa Mehmandarovun (skripka) L.V.Bethovenin “7 nömrəli sonata”sının birinci hissəsinin ifası ilə başlanıb. 

Tədbirdə Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının tələbələrinin ifalarında Azərbaycan və dünya bəstəkarlarının əsərləri səsləndirilib. 

GÜNEL

 





07.03.2013    çap et  çap et