525.Az

Artur Rasizadə gürcü həmkarı ilə görüşdü


 

Artur Rasizadə gürcü həmkarı ilə görüşdü<b style="color:red"></b>

Azərbaycanın baş naziri Artur Rasizadə avqustun 31-də gürcü həmkarı Giorgi Kvirikaşvili ilə görüşüb.

Əvvəlcə Azərbaycanın və Gürcüstanın baş nazirlərinin təkbətək görüşü olub.

Sonra görüş nümayəndə heyətlərinin iştirakı ilə davam etdirilib.

A.Rasizadə Azərbaycan-Gürcüstan əlaqələrinin bütün istiqamətlərdə, o cümlədən siyasi, iqtisadi, humanitar və digər sahələrdə uğurla inkişaf etdiyini vurğulayıb.

Bildirildi ki, Giorgi Kvirikaşvilinin Azərbaycana səfəri və bu çərçivədə aparılan danışıqlar ölkələrimiz arasındakı əlaqələrin inkişafına töhfə verəcək.

Söhbət zamanı beynəlxalq sülhün və sabitliyin qorunmasının vacibliyinə toxunan A.Rasizadə qonaqların diqqətini Ermənistanın işğalçılıq siyasətinə yönəldərək Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin bütün region üçün ağır nəticələr verdiyini vurğulayıb.

Bakıya səfərindən məmnunluğunu bildirən G.Kvirikaşvili Azərbaycanın Gürcüstan üçün qardaş ölkə və strateji tərəfdaş olduğunu diqqətə çatdırıb.

Tarix boyu xalqlarımız və ölkələrimiz arasında mövcud olan dostluq və qardaşlıq münasibətlərindən danışan qonaq hökumətinin bu münasibətləri daha da dərinləşdirmək niyyətində olduğunu söyləyib.

Görüşdə qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

 





31.08.2016    çap et  çap et