525.Az

UNEC-in elmi jurnalı beynəlxalq indekslərdə


 

UNEC-in elmi jurnalı beynəlxalq indekslərdə <b style="color:red"></b>

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) elmi jurnalı “The Journal of Economoc Sciences: Theory and Practice” Norveç Tədqiqat Məlumat Mərkəzi tərəfindən idarəedilən Humanitar və Sosial Elmlər üzrə Avropa İstinad İndeksinə düşüb.

UNEC-dən 525.az-a verilən məlumata görə, Norveç Tədqiqat Məlumat Mərkəzi UNEC-in elmi jurnalını müəyyən edilən meyarlar əsasında təsdiq edib.

Bu indeks 2014-cü ilin yanvarından Avropa Elm Fondu tərəfindən Norveç Tədqiqat Məlumat Mərkəzinə verilib.

Jurnalın bütün sayları https://dbh.nsd.uib.no/publiseringskanaler/erihplus/periodical/info.action?id=489216 linkində yerləşdirilib.

Bundan başqa, UNEC elmi jurnalı Amerikanın nüfuzlu “Academic Keys” (http://socialsciences.academickeys.com/jour_main.php), “CiteFactor”,” J-Gate, Open Academic Journals Index” (OAJI), “International Institute of Organized Research” portallarında da indeksə edilib.

 





31.08.2016    çap et  çap et