525.Az

7 yaşlı Modern.az


 

7 yaşlı Modern.az<b style="color:red"></b> Sentyabrın 1-i Modern.az xəbər agentliyinin yaranma günüdür.

525.az-ın məlumatına görə, sayt 7 il əvvəl fəaliyyətə başlayıb.

2009-cu ildə yaradılan Modern.az ölkədə, regionda və eləcə ə dünyada baş verən hadisələr barədə oxucuları operativ şəkildə məlumatlandırır, reportaj, araşdırma, müsahibə və digər janrlarda maraqlı materiallar təqdim edir.

Qeyd edək ki, saytın təsisçisi Parlament Jurnalistləri Birliyinin sədri Elşad Eyvazlı, baş redaktoru isə Əfqan Qafarlıdır.

"525-ci qəzet" olaraq Modern.az-da çalışan həmkarlarımızı təbrik edir, yeni uğurlar arzulayırıq!
 





31.08.2016    çap et  çap et