525.Az

Təhsil naziri əmr imzaladı


 

Təhsil naziri əmr imzaladı<b style="color:red"></b>

Təhsil naziri Mikayıl Cabbarov fənn kurrikulumlarının tətbiqi üzrə təlim kurslarının təşkili barədə əmr imzalayıb.

Təhsil Nazirliyindən verilən məlumata görə, əmrə əsasən 2016-2017-ci dərs ilində ümumtəhsil məktəblərinin I-IX siniflərində dərs deyəcək və kurrikulum təlimlərindən keçməyən müəllimlər üçün fənn kurrikulumlarının tətbiqi üzrə təlim kursları təşkil ediləcək.
 
Fənn kurrikulumlarının tətbiqi üzrə təlim kursları rayon (şəhər) təhsil şöbələrinin (idarələrinin) təşkilatçılığı ilə yerli mütəxəssislər tərəfindən həyata keçiriləcək.

Nazirliyin məlumatında bildirilib ki, Təhsil Nazirliyinin tabeliyində olan ümumi təhsil müəssisələrinin I-IX siniflərində dərs deyəcək fənn müəllimləri həmin müəssisələrin yerləşdikləri ərazilərdə, məcburi köçkün məktəblərinin həmin kateqoriyadan olan müəllimləri isə məskunlaşdıqları rayonlarda (şəhərlərdə) təşkil edilən təlim kurslarına cəlb olunacaqlar.

S.QARAYEVA

 





31.08.2016    çap et  çap et