525.Az

Ərdoğan İsraillə münasibətlərin normallaşmasına dair müqaviləni təsdiqlədi


 

Ərdoğan İsraillə münasibətlərin normallaşmasına dair müqaviləni təsdiqlədi<b style="color:red"></b> Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan İsraillə münasibətlərin normallaşmasına dair imzalanmış müqaviləni təsdiqləyib.
 
APA-nın məlumatına görə, bu barədə “Hürriyet” xəbər yayıb.
 
Müqavilədə göstərilir ki, “Mavi Mərmərə” gəmisində öldürülən Türkiyə vətəndaşlarının ailələri üçün nəzərdə tutulmuş 20 milyon dollarlıq təzminat müqavilə qüvvəyə minəndən sonra 25 gün ərzində ödəniləcək.

Həmçinin bildirilir ki, “Mavi Mərmərə” olayı ilə bağlı İsrailli dövlət adamları və hərbçilərə qarşı Türkiyədə açılmış cinayət işləri ləğv olunacaq.

Bununla yanaşı, hər iki ölkənin qarşılıqlı olaraq səfirlər təyin edəcəyi gözlənilir.
 





31.08.2016    çap et  çap et