525.Az

Rusiyadan Türkiyəyə Suriya çağırışı


 

Rusiyadan Türkiyəyə Suriya çağırışı<b style="color:red"></b> Rusiya Türkiyəni Suriyada keçirdiyi hərbi əməliyyatları Bəşər Əsəd hökuməti ilə razılaşdırmağa, bu ölkədə müxalif və etnik qruplara zərbə endirməkdən yayınmağa çağırıb.
 
APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bunu keçirdiyi brifinqdə Rusiya Xarici İşlər Nazirliyinin xüsusi nümayəndəsi Mariya Zaxarova bildirib.
 
“Suveren dövlətin ərazisində keçirilən hər hansı bir hərbi əməliyyatı həmin ölkənin hökuməti ilə razılaşdırmaq lazımdır.

Ankaranı müxalif qüvvələrin və Suriya kürdləri də daxil olmaqla, etnik qrupların dislokasiya olunduğu yerlərə zərbə endirməkdən yayınmağa çağırırıq”, - deyə Rusiya XİN sözçüsü qeyd edib.
 





31.08.2016    çap et  çap et