525.Az

Braziliya prezidentinin impiçmenti təsdiqləndi


 

Braziliya prezidentinin impiçmenti təsdiqləndi<b style="color:red"></b> Braziliyanın Federal Senatı vəzifəsindən müvəqqəti kənarlaşdırılan Dilma Rousseffin impiçmentini səs çoxluğu ilə təsdiqləyib.
 
APA-nın TASS agentliyinə istinadən verdiyi xəbərə görə, D.Rousseffin istefasının lehinə 61, əleyhinə isə 20 Senat üzvü səs verib.
 
Beləliklə, 2018-ci ilin sonunadək ölkəyə vitse-prezident Mişel Temer başçılıq edəcək.
 
Qeyd edək ki, 2011-ci ildən ölkəyə rəhbərlik edən D.Roussefin adı bir neçə korrupsiya qalmaqalında hallanıb.

Qalmaqallardan biri “Petrobras” Dövlət Neft Şirkəti ilə bağlıdır. Həmçinin, D. Rousseff büdcə vəsaitlərini 2014-cü ildə yenidən prezident seçilməyə yönəltməkdə və vergilərlə bağlı qanun pozuntularında şübhəli bilinir.
 





31.08.2016    çap et  çap et