525.Az

BMT əsgərlərinin qaçırılmasına Rusiyadan sərt reaksiya


 

BMT əsgərlərinin qaçırılmasına Rusiyadan sərt reaksiya<b style="color:red"></b>

Rusiya xarici işlər nazirinin müavini Gennadi Qatilov Suriyada BMT-nin sülhməramlı əsgərlərinin qaçırılmasının heç bir əxlaqi dəyər tanımamağın pik nöqtəsi olduğunu deyib.

525.az-ın Türkiyə mediasına istinadən verdiyi məlumata görə, Qatilov "Twitter"dakı hesabında bu cür hərəkətlərin heç vaxt kimsə tərəfindən dəstəklənmədiyini bildirib: "Amma militanlar hər cür üsula əl atmaqdan çəkinmirlər".

Qeyd edək ki, dünən axşam İsraillə Suriya arasında atəşkəsə nəzarət edilən Qolan təpələrində 20 BMT əsgəri 30 silahlı şəxs tərəfindən girov götürülüb.

BMT sözçüsünün müavini Eduardo del Buey BMT sülhməramlı missiyasının bu vəziyyəti dəyərləndirmək üçün qrup yaratdığını söyləyib. Əsgərləri qaçıran silahlılar isə internetdə bir video yayaraq filippinli sülhməramlıları Əsəd ordusunu Cemla şəhərindən çəkilməsi şərtiylə azad edəcəklərini bildiriblər.

Militanlar sülhməramlıları Suriya rejiminin Qolan yaxınlığındakı bir bölgəyə yenidən yerləşməsinə yardım etməkdə ittiham edir.

 





07.03.2013    çap et  çap et