525.Az

“Cavid Qurbanov hər bir kəlbəcərlinin millət vəkilidir”


 

“Cavid Qurbanov hər bir kəlbəcərlinin millət vəkilidir”<b style="color:red"></b>

Bu günlərdə bir qrup kəlbəcərli ziyalı tərəfindən redaksiyamıza müraciət məktubu daxil olub. Məktubda son zamanlar bəzi media orqanlarında Kəlbəcərin millət vəkili, “Azəryolservis” Açıq Səhmdar Cəmiyyətinin sədri Cavid Qurbanov barəsində qələmə alman yazılardan bəhs edilir. Ziyalılar millət vəkili haqqında yer alan məqalələrin həqiqəti əks etdirmədiyini qeyd edərək, bütün bunları hiddətlə qınadıqlarını bildiriblər.

Müraciəti redaksiyamıza təqdim edən Bakının Qala kəndində  məskunlaşan Bəhlul Həsənov deputat haqqındakı bu yazıların həqiqəti əks etdirmədiyini qeyd edib. Onun sözlərinə görə, C. Qurbanov hər zaman Kəlbəcər camaatının yanında olaraq, onların bütün problemlərinin həllinə var qüvvəsi ilə çalışır. C. Qurbanov haqqında dərc edilən yazıların Kəlbəcər ziyalılarmı hiddətləndirdiyini söyləyən B.Həsənov millət vəkilinin hər bir sakinə xüsusi diqqət və qayğı göstərdiyini vurğulayıb: “Cavid Qurbanov barəsində yazılanlar həqiqəti əks etdirmir. Məhz buna görə də bu məqam Kəlbəcər sakinlərini narahat edərək, camaatı ciddi qəzəbləndirib. Bu bir faktdır ki, Cavid Qurbanov müntəzəm olaraq Kəlbəcər sakinləri ilə görüşlər keçirir, problemlərlə maraqlanır, onların həllində yaxından iştirak edir. Həqiqətən də o, hər zaman biz sakinlərin yanındadır. Cavid Qurbanovun diqqət və qayğısını hər zaman üzərimizdə hiss edirik. Sözün həqiqi mənasında Cavid Qurbanov hər bir kəlbəcərlinin millət vəkilidir. Çünki o, heç bir Kəlbəcər sakinin şikayətinə diqqətsiz yanaşmır. Deputatımızın biz kəlbəcərlilərin problemlərinə diqqət və qayğı ilə yanaşması, habelə hər bir problemin həllinə var qüvvəsi ilə çalışması qürurverici məqamdır. O, problemlərimizin həlli üçün əlindən gələn hər bir işi görür. Elə bir şəxs ola bilməz ki, Cavid Qurbanov onun probleminə biganə yanaşsın. Hesab edirik ki, onun haqqında hansısa yazılar qələmə alan zaman məhz bu məqamlara diqqət yetirilməli, həqiqətdən kənar ifadələrə yer verilməməlidir. Çünki onun haqqında yazılan hər bir yazı hər bir qaçqının qəlbinə toxunan məqam kimi qəbul edilir”.

B.Həsənov millət vəkilinin hər zaman dövlətə sadiqliyi ilə seçildiyini qeyd edib. C.Qurbanovun atası Qənbər Qurbanovun böyük nüfuz sahibi olduğunu qeyd edən B.Həsənov bunları söyləyib: “Cavid Qurbanov dövlət başçısı cənab İlham Əliyevə sadiq millət vəkilidir. Başqa sözlə desək, o, prezidentin sadiq bir əsgəridir.

Bununla yanaşı, Aşıq Şəmşirin nəvəsi olan Cavid Qurbanovun atası Qənbər müəllim Kəlbəcərdə böyük hörmət, izzət sahibidir. Onun atası Kəlbəcərdə uzun müddət rəhbər vəzifələrdə çalışıb və rayonun tanınmış şəxslərdən biridir. O, Kəlbəcər camaatının, qaçqınların ağsaqqallarındandır. Məhz Cavid Qurbanov da ailədən gələn bu ənənəni davam etdirərək hər zaman biz kəlbəcərlilərin yanındadır. O, digər sahələrə olduğu kimi kəlbəcərlilərin təhsilinə də xüsusi dəstək verərək hər bir qaçqının yüksək biliklərə yiyələnməsi üçün mühüm iş aparır”.

Bəzi media orqanlarında yer alan yazıların bütün bu məqamlarla daban-dabana zidd olduğunu deyən B.Həsənov həqiqətə söykənməyən bu yazılardan təəssüf hissi keçirdiklərini deyib: “Biz kütləvi informasiya vasitələrinə böyük hörmətlə yanaşırıq. Onların həqiqətləri işıqlandırdıqlarına inanırıq. Təəssüf ki, bəzi media orqanları hansısa maraqlar naminə bəzən həqiqətlərin deyil, digər maraqların arxasınca qaçırlar. Hesab edirik ki, bu məqam yolverilməzdir. Biz buna qəti etiraz edirik. Fikrimizcə, hər bir media orqanı çalışmalıdır ki, həqiqətləri işıqlandırsın. Biz ziyalılar həmin media qurumlarmı həqiqətdən uzaq yazılara son qoymağa çağırır və onları həqiqətin carçısı olmağa səsləyirik”.

Aqil

 





07.03.2013    çap et  çap et