525.Az

Azərbaycanın 3 ali məktəbi dünyanın ən yaxşı universitetləri siyahısında


 

Azərbaycanın 3 ali məktəbi dünyanın ən yaxşı universitetləri siyahısında<b style="color:red"></b> Azərbaycanın üç ali məktəbi Britaniyanın "Quacquarelli Symonds" (QS) şirkətinin versiyasına görə 2016/17-ci illər üçün dünyanın ən yaxşı universitetlərinin reytinqinə düşüb.

"Report" QS-nin rəsmi saytına istinadən xəbər verir ki, reytinqə Bakı Dövlət Universiteti, Qafqaz Universiteti və Xəzər Universiteti daxil olub. Hər üç universitet reytinqdə səkkizinci yüzlüyə düşüblər.

Reytinqə ABŞ-ın üç ali məktəbi - Massaçusets Texnologiya İnstitutu, Stenford Universiteti və Harvard Universiteti liderlik edir.

İlk onluğa Britaniyanın məşhur universitetləri - Oksford və Kembric daxil olub.

Reytinqdə həmçinin Türkiyənin 11, İranın isə 5 ali məktəbi daxil olub. Ermənistan və Gürcüstan universitetləri reytinqə daxil edilməyib.
 





06.09.2016    çap et  çap et