525.Az

Cəbhədə atışma olub


 

Cəbhədə atışma olub

Ermənistan Silahlı Qüvvələrinin cəbhə xəttində təxribatı davam edir.

525.az-ın Müdafiə Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, erməni silahlı bölmələri dünən və bu gecə Ermənistan Respublikasının Berd rayonunun Çinarlı, Noyemberyan rayonunun Barekamavan və Voskevan kəndlərində, Ağdam rayonunun işğal olunmuş Yusifcanlı və Şıxlar, Füzuli rayonunun Aşağı Əbdülrəhmanlı və Horadiz kəndləri yaxınlığında, Xocavənd və Goranboy rayonlarının ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən atəşkəs rejimini pozublar.

Düşmən cavab atəşi ilə susdurulub.

 





27.09.2012    çap et  çap et