525.Az

Bakıda polis əməkdaşı intihar edib


 

Bakıda polis əməkdaşı intihar edib<b style="color:red"></b>

 Bakıda iki nəfər intihar edib.

APA-nın məlumatına görə, hadisələrdən biri paytaxtın Maştağa qəsəbəsində qeydə alınıb. Qəsəbə ərazisində kirayədə yaşayan, Astara rayon sakini, mühafizə polisində çalışan Samir Ələkbərzadə özünü asıb. Onun intihar etməsinin səbəbləri hələlik məlum deyil.
 
Digər hadisə isə Binəqədi rayonu, Hökməli qəsəbəsində qeydə alınıb. Qəsəbə sakini, 1972-ci il təvəllüdlü Əli Əliyev yaşadığı evdə özünü asaraq intihar edib.
 
Hər iki faktla bağlı Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb, istintaq gedir.

 





11.03.2013    çap et  çap et