525.Az

Daha 11 dini icma qeydiyyatdan keçib


 

Daha 11 dini icma qeydiyyatdan keçib<b style="color:red"></b> Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində yeni qeydiyyatdan keçmiş 11 dini icmaya şəhadətnamələr təqdim edilib.
 

Komitədən 525.az-a verilən məlumata görə, komitə sədrinin müavini Gündüz İsmayılov təqdimat zamanı icmaları daha aktiv olmağa, yerlərdə axund və imamlarla, eləcə də QMİ-nin nümayəndələri ilə qarşılıqlı əməkdaşlıq şəraitində fəaliyyət göstərməyə, ideoloji təhlükəsizlik məsələsinə həssas yanaşmağa çağırıb.

O, dini icma sədrlərinə məzhəblərarası qarşıdurmaya sövq edən hərəkətlərin qarşısını almağı, rəhbərlik etdikləri icmaların milli-mənəvi dəyərlərin təbliği və radikalizmə qarşı ideoloji mübarizə istiqamətində fəaliyyət göstərmələrini, ümummilli maraqlardan və ənənəvi dəyərlərdən çıxış etmələrini tövsiyə edib.
 
Sonda yeni qeydiyyatdan keçmiş 11 dini icmanın sədrinə qeydiyyat şəhadətnamələri təqdim olunub.
 





09.09.2016    çap et  çap et