525.Az

YAP və Bilik Fondunun maarifləndirici toplusu dərc edildi


 

YAP və Bilik Fondunun maarifləndirici toplusu dərc edildi<b style="color:red"></b>

“Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi məqsədi ilə Ümumxalq səsverməsi (referendum) keçirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 26 iyul 2016-cı il tarixli Sərəncamından irəli gələn vəzifələrin icrası üçün Yeni Azərbaycan Partiyası və Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu birgə hüquqi maarifləndirmə layihəsini həyata keçirir.
 

Fonddan 525.az-a verilən məlumata görə, bu məqsədlə respublikamızın tanınmış hüquqşünaslarından ibarət işçi qrupu yaradılıb, mütəmadi olaraq Konstitusiya Aktı layihəsinin hər bir maddəsini şərh edən məqalələr hazırlanaraq kütləvi informasiya vasitələrində yayımlanıb. Bir çoxu ölkə mətbuatında dərc olunmuş materiallar əsasında “Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi haqqında” Referendum Aktı layihəsinin qısa şərhi” adlı toplu işıq üzü görüb. Məqalə müəllifləri səsvermə hüququna malik oxuculara referenduma çıxarılan hər bir maddə barədə dolğun məlumat verir, onun mahiyyətini elmi əsaslarla və anlaşıqlı üslubda izah edirlər.

Referendumda iştirak etmək hüququ olan vətəndaşlar, hüquqşünaslar, politoloqlar və bütövlükdə geniş oxucu auditoriyası üçün nəzərdə tutulan toplunun rəyçiləri Milli Məclisin üzvü, hüquq üzrə fəlsəfə doktoru Səyavuş Novruzov və Bilik Fondunun icraçı direktoru, pedaqogika üzrə fəlsəfə doktoru Oktay Səmədovdur.

 





09.09.2016    çap et  çap et