525.Az

Kasilyas – Ronaldo münasibətlərindəki soyuqluğun sirri açıldı


 

Kasilyas – Ronaldo münasibətlərindəki soyuqluğun sirri açıldı

İspaniyanın “Real” (Madrid) futbol komandasının qapıçısı İker Kasilyasla hücumçu Kriştiano Ronaldonun münasibətlərində problem yaranıb.
 
Qol.Az-ın məlumatına görə, ölkə mətbuatı konfliktin heç də futbolla bağlı olmadığını üzə çıxarıb.

Demə, Kasilyasın sevgilisi Sara Karbonero və Ronaldonun nişanlısı İrina Şeyk bir-biri ilə yola getmir. Bu isə oyunçuların münasibətlərinə sirayət edib.

Qeyd edək ki, Sara Karbonero idman jurnalisti, İrina Şeyk isə modeldir.

 

 





27.09.2012    çap et  çap et