525.Az

Bakıda polis özünü niyə öldürdü?


 

Bakıda polis özünü niyə öldürdü?<b style="color:red"></b> Bakı şəhərinin Sabunçu rayonu ərazisində polis serjantının intiharının bəzi məqamları aydınlaşıb.
 
Lent.az-ın əldə etdiyi məlumata görə, Maştağa qəsəbəsi ərazisində yarımçıq tikilidə özünü asaraq intihar edən 1991-ci il təvəllüdlü Ələkbərzadə Samir İlqar oğlu yeni ailə qurubmuş. əslən Astara rayonunun Mutluyataq kəndindən olan S.Ələkbərzadə sonradan ailəsi ilə Bakıya köçüb və Maştağa qəsəbəsi, Südçülük savxozu ərazisindəki yeni tikilmiş evdə yaşayıb. S.Ələkbərzadə daha sonra Daxili İşlər Nazirliyinin Baş Mühafizə İdarəsinə işə düzəlib və polis nəfəri kimi Neft Emalı Zavodunun mühafizə polisinin tərkibində çalışıb.
 
İntihara gəlincə, S.Ələkbərzadənin yaxınları ilkin olaraq bildiriblər ki, onun xeyli miqdarda borcu olub. Borcun kimə və necə yaranması isə hələlik məlum deyil.
 
Hazırda intihar faktı üzrə araşdırmalar davam etdirilir. Faktla əlaqədar Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma)maddəsi ilə iş başlanılıb
 





11.03.2013    çap et  çap et