525.Az

525.Az saytı Böyük Britaniyada dərc olunan “Birlik” qəzeti ilə əməkdaşlığa başlayır


 

525.Az saytı Böyük Britaniyada dərc olunan “Birlik” qəzeti ilə əməkdaşlığa başlayır<b style="color:red"></b>

Fevral ayından etibarən  Böyük Britaniyada universitetlərdə oxuyan azərbaycanlı tələbələr və təhsilini artıq bitirmiş məzunlar tərəfindən könüllü olaraq “Birlik” adında azərbaycanca aylıq ictimai-mədəni gənclik qəzeti fəaliyyətə başlayıb. Qeyri-kommersiya məqsədli layihənin əsas hədəfi Böyük Britaniyadakı azərbaycanlı gənclər arasında əlaqələndirməni inkişaf etdirmək, tələbələrin həyatını işıqlandırmaq, Azərbaycanın mədəniyyətinin təbliğatı uğrunda əməkdaşlığı genişləndirmək, təcrübələrin bölüşdürülməsini təmin etmək, istedadlı gəncləri üzə çıxarmaq və yazmağı sevən gənclər üçün yaradıcı meydan qurmaqdır.

500 tirajla nəşr olunan qəzet yalnız Böyük Britaniyada paylanılır. Belə bir maraqlı və faydalı layihəni digər ölkələrdə yaşayan həmvətənlərimizlə bölüşmək üçün “525.Az” saytı olaraq “Birlik” qəzeti ilə əməkdaşlığa başlayırıq. Hər ay qəzet Böyük Britaniyada dərc olunduqdan sonra qəzetin seçmə məqalələri və müsahibələri saytımızda yerləşdiriləcəkdir. Ümid edirik, gənclərin qələmindən çıxan yazılar dünyanın müxtəlif ölkələrində yaşayan soydaşlarımız üçün də maraqlı olacaqdır.

 





11.03.2013    çap et  çap et