525.Az

“Nuru paşanın unudulmuş məzarı təmirdən sonra yenidən açılacaq”


 

“Nuru paşanın unudulmuş məzarı təmirdən sonra yenidən açılacaq”<b style="color:red"></b> Ənvər paşanın nəvəsi Osman Mayatepek əmisi, Qafqaz-İslam Ordusunun sabiq komandanı Nuru paşanın məzarının yaxın vaxtlarda yenidən təntənəli tədbirlə açılacağını deyib.
 
Modern.az-a açıqlamasında Osman Maypetek uzun illər baxımsız qalmış məzarın təmir olunduğunu bildirib. Onun sözlərinə görə məzarın təmirdən sonra açılış mərasimində Türkiyənin dövlət rəsmləri ilə yanaşı, Azərbaycandan da qonaqlar dəvət olunacaq.
 
Osman Maytepek Parlament Jurnalistləri Birliyinin sədri Elşad Eyvazlının da bu prosesdə iştirak etdiyi vurğulayıb.
 
“Nuru paşa həm Türkiyə, həm də Azərbaycan xalqının yaddaşında önəmli rola malik simadır. Onun 1918-ci ildə oynadığı önəmli rolu müasir Türkiyə cəmiyyətinə də çatdırmaq lazımdır. Tədbirdə Türkiyənin bir çox rəsmilərini dəvət etməyi planlaşdırırıq. Eyni zamanda Elşad Eyvazlı ilə birikdə Azərbaycandan bu tədbirə dəvət olunacaq qonaqların da adını dəqiqləşdiririk”.
 
Osman Maypetek İstanbulda baş tutacaq mərasimin yaxın vaxtlarda baş titacağını deyib.
 





12.09.2016    çap et  çap et