525.Az

Bakıda akademiyanın tələbəsini qanına qəltan elədilər


 

Bakıda akademiyanın tələbəsini qanına qəltan elədilər<b style="color:red"></b> Martın 12-nə keçən gecə Bakı şəhərinin Nizami rayonu ərazisində bıçaqlanma hadisəsi baş verib. rayon Polis İdarəsindən Lent.az-a verilən məlumata görə, Nəsimi küçəsi 30 saylı binanın həyətindən Cəlilabad rayon sakini 1991-ci il təvəllüdlü Seyfiyev Elşən Şəkir oğlu bıçaqlanmış vəziyyətdə aşkarlanıb. Yaralı ağır vəziyyətdə 3 saylı şəhər xəstəxanasına yerləşdirilib.

Məlumata görə, bıçaqlanan E.Seyfiyev Bədən Tərbiyəsi və idman Akademiyasının 1-ci kurs tələbəsidir. O Bakıda kirayə yaşayır.
 
Hadisənin kim və ya kimlər tərəfindən, hansı səbədən törədildiyi hələlik məlum deyil. faktla əlaqədar Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə iş başlanılıb.
 





12.03.2013    çap et  çap et