525.Az

“Azərbaycan”ın fevral sayı işıq üzü görüb


 

“Azərbaycan”ın fevral sayı işıq üzü görüb<b style="color:red"></b>

Bugünlərdə “Azərbaycan” ədəbi-bədii jurnalının fevral ayı üçün nəzərdə tutulmuş sayı çapdan çıxıb. Dərgi Zəlimxan Yaqubun “ O qızın göz yaşları” poemasından hissələrlə açılıb. Jurnalın “Poeziya” bölməsində Əlizadə Nuri, Anar Amin, Məmməd Alim və Ağasəfa şeirlərini təqdim edib. “Nəsr” rubrikasında Xalq yazıçısı Elçinin “Kaşeyin taleyi” povesti və Qorxmaz Şıxalıoğlunun “Köz” hekayəsi dərc olunub. Mövlud Süleymanlının “Yer üzünə məktub”u “Yaddaş” bölümündə yer alıb.

“El sərvəti – söz sərvəti” bölümündə Ramiz Qusarçaylının “Göydən üç alma düşdü” məqaləsi təqdim edilib.

Publisistika həvəskarları eyniadlı bölmədə Emil Ağayevin “Mənim Azərbaycanım” etno-lirik qeydləri ilə tanış ola bilərlər.

Qəşəm Nəcəfzadənin “Sinif jurnalının arxasındakı yazı”sı jurnalın “Xatirələr, duyğular” bölümünə yerləşdirilib.

Ənənəvi “Tənqid və ədəbiyyatşünaslıq” rubrikasında tənqidçi Vaqif Yusiflinin 2011-2012-ci illər poeziyası haqqında mülahizələri ilə bağlı yazı işıq üzü görüb. Bundan başqa Zaman Əsgərlinin “M.F.Axundzadənin publisistikası” və İsaxan İsaxanlının “ “İran nəğmələri” – İrana və Bakıya əbədi sevgi heykəli” məqalələri də həmin bölmədə öz əksini tapıb. Dərginin “Söz xəzinəmizdən” rubrikası bu dəfə Paşa Kərimovun təqdimatında “Əlyazmalar İnstitutunun yeni nəşrləri”ni tanıdıb.

Sonda “Kitab rəfi”ndə son dövr nəşrlərin qısa annotasiyası verilib.

S.HƏMİDLİ 

 





12.03.2013    çap et  çap et