525.Az

"ABŞ hökumətinin iki müstəqil ölkənin münasibətlərinə qarışması təəccüb doğurur"


 

"ABŞ hökumətinin iki müstəqil ölkənin münasibətlərinə qarışması təəccüb doğurur"

“ABŞ hökumətinin iki müstəqil ölkənin – Azərbaycan və Macarıstanın münasibətlərinə qarışması təəccüb doğurur.

Macarıstanın Azərbaycan zabiti Ramil Səfərovu Azərbaycana qaytarması məsələsi iki ölkənin qanunvericiliyi çərçivəsində baş tutub. Biz, həmçinin anlayırıq ki, Amerikanın bu mövqeyi ABŞ-da seçkilər öncəsi daxili siyasi vəziyyətlə əlaqəlidir”.

525.az-ın APA-ya istinadən verdiyi məlumata görə, bunu Xarici İşlər Nazirliyinin mətbuat katibi Elman Abdullayev deyib.

E.Abdullayev həmçinin qeyd edib ki, Ermənistan rəhbərliyinin məsələyə isterik yanaşması onların aqressivliyini və terrorçuluq cəhdlərini nümayiş etdirir: “Ermənistanın hazırkı rəhbərliyi Xocalı soyqırımının törədilməsində, işğal olunmuş Azərbaycan torpaqlarında etnik təmizləmə aparılmasında birbaşa iştirak edib. Ermənistan rəhbərliyi üçün terror adi hala çevrilib. Azərbaycan dövləti başda prezident İlham Əliyev olmaqla hər zaman Azərbaycan xalqının və bütün soydaşlarımızın müdafiəsində dayanıb, dayanır, bundan sonra da dayanacaq. Nə Ermənistan, nə digər hanısa ölkə Azərbaycanla bu tonda danışa bilməz. Xüsusən o halda ki, Azərbaycan tam olaraq qanunlar əsasında hərəkət edir”, - deyə XİN sözçüsü vurğulayıb.

 





02.09.2012    çap et  çap et