525.Az

Muğama həsr olunmuş beynəlxalq elmi simpozium keçirilir


 

Muğama həsr olunmuş beynəlxalq elmi simpozium keçirilir<b style="color:red"></b>

Azərbaycan Milli Elmlər Akademiyasının Milli Azərbaycan Tarixi Muzeyində “Muğam aləmi” Üçüncü Beynəlxalq Muğam Festivalı çərçivəsində “Azərbaycan muğamlarında və Şərqin oxşar ənənəvi janrlarında musiqi alətlərinin rolu” mövzusunda Beynəlxalq elmi simpozium işə başlayıb.

525.az-ın məlumatına görə, tədbirdə Azərbaycan Milli Elmlər Akademiyası prezidentinin səlahiyyətlərini icra edən, akademik Akif Əlizadə çıxış edərək Heydər Əliyev Mərkəzində “Muğam aləmi” Üçüncü Beynəlxalq Muğam Festivalının təntənəli açılış mərasiminin keçirildiyini xatırladıb. A.Əlizadə deyib ki, açılış mərasimində Beynəlxalq festivalın prezidenti, Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın nitqi bu möhtəşəm tədbirin uğurla keçməsinə stimul verən başlıca amil olub.

Simpoziumun açılış mərasimində çıxış edənlər festivalın böyük tarixi əhəmiyyət daşıdığını söyləyiblər.
Açılış nitqlərindən sonra simpozium işini bölmə iclaslarında davam etdirib.

GÜNEL

 





12.03.2013    çap et  çap et