525.Az

Azərbaycanda banklara faktiki kredit dərəcələrini açıqlamaq tapşırığı verilib


 

Azərbaycanda banklara faktiki kredit dərəcələrini açıqlamaq tapşırığı verilib<b style="color:red"></b>

Faktiki illik faiz dərəcələri elan olunan rəqəmləri xeyli üstələyib

Azərbaycan Mərkəzi Bankı ölkənin kommersiya banklarından bütün kreditlər üzrə faktiki illik faiz dərəcəsinin (FİFD) hesablanması və kredit müqavilələri, bütün reklam vəsaitlərində, aparılan reklam kampaniyalarında, internet resurslarında açıqlanmasını tələb edib. «APA-Economics»in xəbər verdiyi kimi, AMB ölkədə fəaliyyət göstərən bütün banklara bununla bağlı müvafiq məktub göndərib.
 
Məktuba həmçinin FİFD-in hesablanması metodologiyası əlavə olunub. Metodologiyaya əsasən, FİFD hesablanan zaman kreditin əsas məbləği üzrə ödənişlər, kredit üzrə faizlər, kreditə görə komissiya haqqı, kredit hesabının açılması və aparılması (xidmət olunması) ilə bağlı xərclər, o cümlədən kreditin nağdlaşdırılması xərcləri, təminatın (girovun) saxlanılması ilə bağlı xərclər (tətbiq olunduqda), müqavilədə əks olunmuş sığorta və təminatın qiymətləndirilməsi xərcləri (tətbiq olunduqda və belə xidmətlər bankın müəyyən etdiyi şəxslər tərəfindən həyata keçirildikdə), hər bir fərdi kredit üzrə bankın tətbiq etdiyi digər inzibati xərclər kimi bütün xərc və ödənişlər nəzərə alınmalıdır.
 
Qeyd edək ki, artıq bəzi banklar FİFD-i açıq şəkildə təqdim etməyə başlayıb və bəzilərində bu göstərici kredit növündən və müddətindən asılı olaraq illik 40%, 50%, hətta 60%-dən yüksəkdir

 





12.03.2013    çap et  çap et