525.Az

Çempionlar Liqasının finalı Cüneyt Çakıra əmanət ediləcək?


 

Çempionlar Liqasının finalı Cüneyt Çakıra əmanət ediləcək?<b style="color:red"></b> Dünyanın ən aparıcı hakim nəşri sayılan “Football Refereeing” Çempionlar Liqasının finalını kim idarə etsin?” sualı ilə sorğu keçirib.

Lent.az-ın məlumatına görə, sorğuda türkiyəli referi Cüneyt Çakır birinci yeri tutub.
 
Çakır İspaniya “Real Madrid”i ilə 1/8 final mərhələsinin cavab görüşündə İngiltərə “Mançester Yunayted”inin futbolçusu Naniyə qırmızı vərəqə göstərib. Onun qərarı tənqidlərlə qarşılanıb. Lakin “Football Refereeing” məhz türk referinin final matçını idarə etməyə çox yaxın olduğunu bildirib.
 
Qeyd edək ki, sorğuya 6000-dən çox futbolsevər qatılıb. Səslərin 96 faizini Cüneyt Çakır qazanıb. O, Feliks Brıx (Almaniya), Nikola Ritsoli (İtaliya) və Damir Skominanı (Sloveniya) qabaqlayıb.
 





12.03.2013    çap et  çap et