525.Az

Elşad Abdullayevdən yeni video


 

Elşad Abdullayevdən yeni <b style="color:red">video</b>

Sabiq rektor MTN əməkdaşının videogörüntüsünü yaydı

Fəaliyyəti dayandırılmış Azərbaycan Beynəlxalq Universitetinin rektoru, hazırda Fransada yaşayan Elşad Abdullayev “Azadlıq” qəzetinə yeni video göndərib. Sabiq rektorun bu dəfə göndərdiyi videoda onun MTN əməkdaşı Rəsul Rəsulovla söhbəti əksini tapır. Kadrlar 28 fevral 2009-cu ildə qeydə alınıb. Söhbət zamanı E.Abdullayev qardaşı Mahir Abdullayevin geri qaytarılması və digər vədlərlə ondan pul almış şəxslərlə bağlı materailları və videodiskləri R.Rəsulova təqdim edir. Sonda isə R.Rəsulov E.Abdullayevə ondan nələri təhvil aldığına dair öz dəst-xətti ilə yazıb imzaladığı sənəd verir.

E.Abdullayev videonu müşaiyət edən arayışında qeyd edir ki, R.Rəsulov M.Abdullayevin işi üzrə ötən ilin oktyabrında yaradılan Müstəqil İstintaq Komissiyasının üzvüdür.


 





12.03.2013    çap et  çap et