525.Az

Ərdoğanı xəstəxanaya apardılar


 

Ərdoğanı xəstəxanaya apardılar<b style="color:red"></b> Bu gün yerli vaxtla saat 13:35 radələrində Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan Ankaranın Keçiörən məhəlləsində yerləşən evindən Atatürk Tədris və Araşdırma Xəstəxanasına aparılıb.
 
Lent.az-ın “Hürriyet” qəzetinə istinadən verdiyi məlumata görə, Rəcəb Tayyib Ərdoğan həkim müayinəsindən keçəcək.
 
Rəcəb Tayyib Ərdoğanın xəstəxanada qalıb-qalmayacağı müayinənin nəticəsindən asılı olacaq.
 
Qeyd edək ki, bu gün Rəcəb Tayyib Ərdoğanın xəstələndiyi barədə məlumat yayılıb. Türkiyə mətbuatı baş nazirə soyuq dəydiyini və həkimlərin ona bir neçə gün evdən çıxmamağı tövsiyə etdiklərini yazıb. Bu səbəbdən də bu gün hakim partiyanın parlamentdə keçirəcəyi qrup toplantısı da ləğv edilib.
 





12.03.2013    çap et  çap et