525.Az

Həbsxanadakı işgəncə musiqiyə çevrildi


 

Həbsxanadakı işgəncə musiqiyə çevrildi<b style="color:red"></b>

Dünyada məşhur olan çinli dissident Ay Veyveyin həbsxanadakı əziyyətləri musiqiyə çevrilib.

525.az-ın Türkiyə mediasına istinadən verdiyi məlumata görə, Çin rejimini tənqid etməsiylə tanınan Veyvey albom çıxaracağını bildirib.

Müxalif sənətçi "İlahi komediya" dalı albomdakı 9 parçanın sözlərinin özünə, bəstələrinin isə bir dostuna məxsus olduğunu deyib.

2011-ci ildə 81 günlük həbs cəzası çəkərkən davamlı mahnı oxumağa məcbur edildiyini deyən Veyvey bu yolla içindəki musiqi istedadını kəşf etdiyini söyləyib. Sənətçi ikinci albom üçün də hazırlıqlara başladığını deyib.

 





12.03.2013    çap et  çap et