525.Az

Daha bir “Mingəçevir leysanı”


 

Daha bir “Mingəçevir leysanı”<b style="color:red"></b>

Bugünlərdə “Mingəçevir leysanı” ədəbi-bədii dərgisinin növbəti nömrəsi işıq üzü görüb. Dərgi jurnalın baş redaktoru İsmayıl Mərcanlının “Yurd amalı, vətən sevgisi” adlı müsahibəsi ilə açılır.

Dərginin “Poeziya” bölməsində Alimə Gizlinur, Böyükkişi Təmkin, İnqilab İsaq, Zakir Qəmgin,Vahid Xəyali, Əmikişi Xudavəndi, Ramiz İsmayılov, İsmayıl İmanzadə, Mirzə Mirimli, Namiq Zamanın şeirləri yer alıb.

Jurnalın “Nəsr” bölməsində Əşrəf Əsgərov, Qaraş İsmayılın hekayələri, Nazim Sanıyevin çuvaş yazıçısı Yeneşin “Duzlu eləmisiniz” adlı tərcüməsi təqdim olunub.

Cabir Qədimovun “Bir ömrün söz yaddaşı”, Faiq Qəzənfəroğlunun “Azərbaycan türkçülüyü ideyası”, Mark Verxovskinin “Bərdə – Amazonkaların paytaxtı” və Nikolay Dobryuxun “Beriyanın qəbri haradadır” məqalələri jurnalın “Publisistika” bölməsində verilib.

“Tənqid və ədəbiyyatşünaslıq” rubrikasında Vəliyəddin Misiroğlunun “Cığırına qəm əkilən dağlar” məqaləsi oxuculara təqdim edilib.

S.HƏMİDLİ

 





12.03.2013    çap et  çap et