525.Az

Bu gun Moskvada Qarabağ azanı səslənib (FOTO)


 

Bu gun Moskvada Qarabağ azanı səslənib <b style="color:red">(FOTO)</b> Bu gün “Yeni Üfüq” Mənəvi İrsin Təbliği İctimai Birliyinin Moskva təmsiçiliyi, Moskva şəhərində “Meçta” restoranında böyük tədbir keçirib.

Tədbirin keçirilməsində əsas məqsəd Dini Qurumlarla İş Üzrə Dövlət komitəsinin “Qarabağa doğru – Haqqın və haqqımızın səsi” adlı lahiyəsinə dəstək vermək olub. Tədbirdə ilk öncə “Qazi Qarabağ azanı” səslənib. Sonra isə Qarabağ Seyid Ocaqlarının təmsilçisi, şərqşünas  Seyid Camal Əzimbəyli geniş çıxış edib. Seyid Camal Əzimbəyli çıxışı zamanı bildirib ki, “Millətinə və dövlətinə sahib durmayan müsəlmanın dini kimliyi şübhəlidir. Bu, öz qazi azanına sahib duran dövlətin Qarabağa da sahib duracağının açıq işarəsidir”.

Çıxışının sonunda Seyid Camal Əzimbəyli Qarabağ azanı ətrafında bölücü fikirlər formalaşdırmağa cəhd edənlərə sərt şəkildə tənqid edərək deyib: “Dini heysiyatı, milli kimliyi, imanı olan ölkə vətəndaşı belə gərəksiz iftiraları yaymaz. Mən onları hədlərini bilməyə çağırıram. “Moskvanın dini mühitində tanınan hörmətli din adamları isə çıxış edərək, hər kəsi Azərbaycan dövlətinin bütövtlüyü naminə bir olmağa səsləyiblər. Məclisdə Moskvada yaşayan çoxlu sayda həmyerlilərimiz iştirak edib. Qarabağ azanı adına tədbirdə Qarabağ şəhidlərinin ruhuna Quran oxunaraq, ehsan süfrəsi verilib.



 





12.03.2013    çap et  çap et