525.Az

Tofiq Mahmudun "Uzaqda ucalan dağlar" romanı latın qrafikasında


 

Tofiq Mahmudun "Uzaqda ucalan dağlar" romanı latın qrafikasında <b style="color:red"></b>

"Facebook" sosial şəbəkəsindəki ən böyük kitab təbliğatı qruplarından olan "Kitabsevərlər"in 13-cü - Tofiq Mahmudun "Uzaqda ucalan dağlar" kitabı işıq üzü görüb.

525.az-ın verdiyi məlumata görə, əsər ilk dəfə kitab halında 1991-ci ildə "Yazıçı" nəşriyyatında nəşr edilib. 25 il sonra isə ikinci dəfə - latın qrafikası ilə oxuculara təqdim ediləcək.

"Elm və təhsil" nəşriyyatı tərəfindən çap edilən budəfəki kitabın redaktoru gənc yazıçı Cavid Qədir, ön sözünün müəllifi isə şair Səbuhi Şahmursoydur.

Kitabda tanınmış Azərbaycan rəssamı Bəhruz Kəngərlinin həyat və yaradıcılığından, eləcə də ermənilərin o illərdə Naxçıvanda törətdiyi vəhşiliklərdən bəhs edilir.

Yaxın günlərdə nəşrin təqdimatı baş tutacaq. Tədbirin vaxtı və yeri haqqında ətraflı məlumat veriləcək.

Qeyd edək ki, kitabın qiyməti 6 manatdır.

C.ŞÜKÜROV

 





19.09.2016    çap et  çap et