525.Az

Novruz bayramında dəmir yolu necə işləyəcək?


 

Novruz bayramında dəmir yolu necə işləyəcək?<b style="color:red"></b> “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin Sərnişin daşımaları Departamentinin kollektivi qarşıdan gələn Novruz bayramı günlərində gucləndirilmiş iş rejimində işləyəcək.
 
“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin Mətbuat Katibliyinin rəisi Nadir Əzməmmədovun Lent.az-a verdiyi məlumata görə, bayram günlərində sərnişin sıxlığının artması ilə əlaqədar  ölkə daxilində hərəkət edən sərnişin qatarlarına hər gün 10-15, bəzən də 20 ədəd əlavə vaqonun qoşulması təmin ediləcək.
 
“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti bir daha sərnişinlərin nəzərinə çatdırır ki, sərnişin qatarlarına 10 gün qabaqcadan bilet satışı həyata keçirilir. Əlavə vaqonlara isə bilet satışı həmin vaqon qatara qoşulan gün həyata keçirilir.
 





13.03.2013    çap et  çap et