525.Az

Emin "Həsəd aparılan sevgililər" siyahısında


 

Emin "Həsəd aparılan sevgililər" siyahısında<b style="color:red"></b>

Rusiyanın “Tatler” saytı “2016-cı ilin ən həsəd aparılan sevgililəri” adlı siyahı hazırlayıb.

Axşam.az-ın məlumatına görə, siyahıda müğənni-bəstəkar Eminin də adı yer alıb.

Yazıda Eminin “Miss Mordova 2004” qalibi Alyona Qavrilova ilə sevgi yaşadığı qeyd olunub:

“Emin “Crocus Group”un birinci vitse-prezidentidir. Sahibi olduğu klublarda tez-tez təmtəraqlı tədbirlər təşkil edir. Bu yaxınlarda İnstaqram səhifəsində sevgilisi ilə foto nümayiş etdirib, qəlbinin boş olmadığını deyib”.

Siyahıda Arkadi Abramoviç, Deni Bajaev, Timati, Dima Bilan kimi məşhurların adı yer alıb.

 





21.09.2016    çap et  çap et