525.Az

Payız gəldi


 

Payız gəldi<b style="color:red"></b> Azərbaycana payız gəlib.
 
Azərbaycan Milli Elmlər Akademiyasının Şamaxı Astrofizika Rəsədxanasından APA-ya verilən məlumata görə, iyunun 21-i Bakı vaxtı ilə 02:34-dən ölkəyə qədəm qoymuş yay fəsli sentyabrın 22-də saat 18:21-dən etibarən payız fəsli ilə əvəzlənib.
 
Bu gün gecə və gündüz bərabərliyi baş verəcək. Sentyabrın 23-dən başlayaraq isə gecələr uzanacaq, gündüzlər qısalacaq.
 
Gecələrin uzanması dekabrın 21-dək davam edəcək və həmin vaxt ən uzun gecə olacaq.
 
Bu il qışın Azərbaycana gəlişi dekabrın 21-i saat 14:44-də baş verəcək.
 





22.09.2016    çap et  çap et