525.Az

İspaniya kraliçası Məhsəti Gəncəvinin qədim miniatürlərini Azərbaycana hədiyyə edib


 

İspaniya kraliçası Məhsəti Gəncəvinin qədim miniatürlərini Azərbaycana hədiyyə edib<b style="color:red"></b>

İspaniya kraliçası, Yunanıstan və Danimarka şahzadəsi Sofiya dahi Azərbaycan şairəsi Məhsəti Gəncəvinin 900 illiyi münasibətilə onun qədim miniatürlərini Nizami Gəncəvi Beynəlxalq Mərkəzinə hədiyyə edib.

Bu barədə APA-ya Azərbaycan Milli Elmlər Akademiyasının Gəncə Elmi Bölməsinin elmi işlər üzrə direktor müavini Samir Pişnamazzadə məlumat verib.
 
Onun sözlərinə görə, mərkəzə kraliça tərəfindən 8 miniatür və 1 illüstrasiya hədiyyə edilib. Miniatürlərin içində qədim əlyazmalar da var: “Miniatürlərin bəziləri vaxtilə rusların Ərdəbil kitabxanasından İspaniyaya apardıqları sənət əsərləridir. Bəzi miniatürlər isə İspaniyanın özünə məxsusdur. İspaniya uzun müddət müsəlman dövləti olduğundan burada qədim şərq, ərəb-fars əlyazmaları çoxdur”.
 
Qeyd edək ki, hədiyyə olunan miniatürlər XIV-XV əsrlərə aiddir.

 





13.03.2013    çap et  çap et