525.Az

Quba Alma bayramına hazırlaşır


 

Quba Alma bayramına hazırlaşır<b style="color:red"></b>

Qubada ənənəvi olaraq hər il keçirilən Alma bayramına hazırlıq işlərinə başlanılıb.

AzərTAc xəbər verir ki, bu il Alma bayramı oktyabrın 8-də şəhərin Heydər Əliyev adına mədəniyyət və istirahət parkında təşkil olunacaq.

2012-ci ildən etibarən keçirilən Alma bayramına xarici ölkə nümayəndələri, respublikamızdan kənarda yaşayan qubalı iş adamları, görkəmli elm və mədəniyyət xadimləri qatılacaqlar.

Hazırda Alma bayramına hazırlıq işləri aparılır. Bayram mərasimində adət-ənənələrimizi əks etdirən kompozisiyalar, milli rəqslər, rayonda becərilən alma sortları, bu meyvədən hazırlanan şirniyyatlar və içkilər nümayiş etdiriləcək. Tədbir çərçivəsində qonaqlara rayonda yaşayan azsaylı xalqların mətbəxlərini və həyat tərzini əks etdirən stendlər təqdim olunacaq.

Alma bayramında Azərbaycanın tanınmış incəsənət nümayəndələri ilə yanaşı, xarici ölkələri təmsil edən rəqs qrupları da iştirak edəcək.

Bayram çərçivəsində ən böyük alma və digər nominasiyalar üzrə qaliblər mükafatlandırılacaq.

 





23.09.2016    çap et  çap et