525.Az

Ombudsman BMT müşavirini qəbul etdi


 

Ombudsman BMT müşavirini qəbul etdi<b style="color:red"></b> Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Elmira Süleymanova BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığının Cənubi Qafqazdakı ofisinin İnsan hüquqları üzrə baş müşaviri Vladimir Şkolnikovu qəbul edib.

Ombudsman Aparatının mətbuat xidmətindən APA-ya verilən məlumata görə, görüşdə Ali Komissarlığın Azərbaycan nümayəndəliyinin rəhbəri Kamran Bağırov da iştirak edib.
 
Ombudsman BMT-nin müxtəlif sahələr üzrə ixtisaslaşmış mühüm qurumları, o cümlədən İnsan Hüquqları üzrə Ali Komissarlığı, bu qurumun regional ofisi ilə də səmərəli əməkdaşlıq əlaqələrinin qarşılıqlı anlaşma şəraitində davam etdirildiyini bildirib.
 
V. Şkolnikov Ombudsmanın insan hüquqları sahəsində keçirdiyi tədbirlərin və maarifləndirmə təlimlərinin böyük maraq doğurduğunu söyləyib, onun fəaliyyətini yüksək qiymətləndirib.
 
Avropa Birliyi tərəfindən həyata keçirilən Tvinninq layihəsində Ombudsman təsisatının fəal iştirak etdiyi, hazırda Almaniya və Polşadan olan tərəfdaşlarla birgə layihənin davam etdirildiyi diqqətə çatdırılıb.
 





23.09.2016    çap et  çap et