525.Az

Mübariz Qurbanlı Almaniya səfirini qəbul etdi


 

Mübariz Qurbanlı Almaniya səfirini qəbul etdi<b style="color:red"></b>

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) sədri Mübariz Qurbanlı Almaniyanın yeni təyin olunmuş səfiri Mixael Kindsqrabı qəbul edib.
 
Komitədən 525.az-a verilən məlumata görə, M. Qurbanlı səfirə fəaliyyətində uğurlar arzulayıb.
 
Azərbaycan əhalisinin 96 faizinin islam dininə etiqad etdiyini deyən komitə sədri ölkədə müxtəlif dini konfessiyaların əsrlərdir sərbəst və qarşılıqlı anlaşma şəraitində fəaliyyət göstərdiklərini nəzərə çatdırıb.

Vaxtilə almanların Azərbaycanın daha çox Şəmkir və Göygöl rayonlarında məskunlaşdıqlarını, ölkədə alman lüteran kilsələrinin indiyədək qorunub saxlandığını söyləyən M. Qurbanlı 2017-ci ildə Cənubi Qafqaz regionunda alman məskənlərinin salınmasının 200 illiyinin tamam olacağını bildirib.
 
O, prezident İlham Əliyev tərəfindən Cənubi Qafqaz regionunda alman məskənlərinin salınmasının 200-cü ildönümünün layiqincə qeyd olunmasını təmin etmək məqsədilə sərəncam imzalandığını da səfirin diqqətinə çatdırıb.
 
Azərbaycanda dövlət-din, konfessiyalararası münasibətlərin yüksək səviyyədə inkişaf etdiyini, nümunəvi multikultural və tolerant mühitin mövcud olduğunu vurğulayan M. Kindsqrab isə ikitərəfli əlaqələrin inkişaf etdirilməsində maraqlı olduqlarını, Azərbaycanın multikulturalizm və tolerantlıq təcrübəsinin öyrənilməsi sahəsində əməkdaşlıq etmək istəklərini bildirib.

 





23.09.2016    çap et  çap et