525.Az

XIX TÜRKSOY Opera günləri keçiriləcək


 

XIX TÜRKSOY Opera günləri keçiriləcək<b style="color:red"></b>

Oktyabrın 5-dən 12-nə kimi TÜRKSOY Beynəlxalq Mədəniyyət Təşkilatı tərəfindən XIX TÜRKSOY Opera günləri keçiriləcək.

Opera və Balet Teatrının mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, ənənə üzrə hər il baş tutan bu tədbir 2016-cı ildə Azərbaycanın görkəmli sənətkarı məşhur müğənni Rəşid Behbudovun 100 illik yubileyinə həsr edilib.

Bir qayda olaraq TÜRKSOY Opera günlərində bütün türkdilli ölkələrin tanınmış sənət xadimləri iştirak edirlər.

Festival çərçivəsində konsertlər İstanbul və Qirnədə (Şimali Kipr Cümhuriyyəti) keçiriləcək.

Tədbirdə Azərbaycanı Dövlət Akademik Opera və Balet Teatrının aparıcı solistləri, Prezident mükafatçıları - Xalq Artisti Azər Zeynalov və Əməkdar Artist Afaq Abbasova təmsil edəcəklər.

Onlar konsertlərdə klassik dünya bəstəkarlarının əsərləri ilə yanaşı, vaxtilə Rəşid Behbudovun repertuarına daxil olan ariya və duetlər də ifa edəcəklər.

 





23.09.2016    çap et  çap et