525.Az

Tarixdə bu gün


 

Tarixdə bu gün<b style="color:red"></b> 1936-cı il. Bədii qiraət ustası, aktrisa, Xalq artisti Əminə Yusifqızının doğum günü.

Məktəb yaşlarında Gənc Tamaşaçılar Teatrında çıxış edib. Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında (1964-1974) işləyib.

Sonralar “Azərbaycanfilm” kinostudiyasında dublyaj, səsləndirmə sahəsində fəaliyyət göstərib.

“Şərikli çörək”, “Sən nə üçün susursan?”, “Bizim küçənin uşaqları”, “Musiqi müəllimi” və s. filmlərdə, televiziya tamaşalarında çəkilib.

Prezident İlham Əliyevin 2016-cı il 14 sentyabr tarixli Sərəncamına əsasən Əminə Yusifqızı Azərbaycan mədəniyyətinin inkişafında xidmətlərinə görə “Şöhrət” ordeni ilə təltif edilib.
 
1993-cü il. Azərbaycan Respublikasının MDB-yə daxil olmasına dair qərar qəbul olunub.

Azərbaycan qurumun sahəvi əməkdaşlıq orqanlarından 30-da, digər orqanların isə 11-də iştirak edir. MDB çərçivəsində siyasi, iqtisadi və humanitar sahələrdə ölkəmiz üçün maraq kəsb edən məsələlər üzrə əməkdaşlığı davam etdirən Azərbaycan bu təşkilatın iştirakçı-dövlətlər arasında dialoq müstəvisi kimi saxlanılmasında maraqlıdır.
 
2008-ci il. Bakıda Dünya Gənclərinin 4-cü Məşğulluq Sammiti keçirilib.

Heydər Əliyev Fondunun, Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə keçirilən sammitin məqsədi gənclərin işsizlik və səmərəli məşğulluq problemlərinin həlli istiqamətində dünyada daha fəal iş aparılması olub.

2014-cü il. Bakıda “İnsan hüquqları və qabaqcıl idarəetmə kontekstində dövlət xidmətlərinin göstərilməsi” mövzusunda beynəlxalq konfrans işə başlayıb.

Tədbirdə 30-dan çox dövlət, Avropa Şurası, BMT, ATƏT, Avropa İttifaqı, Korrupsiya Əleyhinə Beynəlxalq Akademiya və bir sıra xarici QHT-ləri təmsil edən 50-dək nümayəndə iştirak edib.

1999-cu il. Londonda Beyker Stritdə Şerlok Holmsun abidəsi açılıb.

İngilis yazıçısı Artur Konan Doylun yaratdığı bu personaj haqlı olaraq detektiv janrının klassiki hesab edilir.

AzərTAc
 





24.09.2016    çap et  çap et