525.Az

Sədərək Ticarət Mərkəzində yanğın


 

Sədərək Ticarət Mərkəzində yanğın <b style="color:red"></b>

Bakı şəhəri, Qaradağ rayonunda yerləşən Sədərək Ticarət Mərkəzində yanğın olub.

Bu barədə “Report”a Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib.

"Report"un hadisə yerində olan əməkdaşının verdiyi məlumata görə, yanğın pərdə-tül mağazasında baş verib və nəticədə bütün mallar yanıb.
 
Yanğın qismən digər mağazalara da keçib və ümumilikdə 39 kvadratmetr ərazi yanıb.

Hadisə yerinə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin 8 yanğınsöndürmə avtomobili cəlb edilib və yanğın saat 09:25-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

İlkin məlumata görə, bir sahibkara təqribən 7 000 manat ziyan dəyib.

Hadisənin qısaqapanma nəticəsində yarandığı ehtimal edilir.

Hazırda yanğının baş vermə səbəbləri araşdırılır.

 

 





24.09.2016    çap et  çap et